Şamaxıda təkəri partlayan avtomobil hasara çırpılıb, sürücü ağır xəsarət alıb

Baxış sayı:
6901

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə hadisə Şamaxı şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini, 1958-ci il təvəllüdlü Feyzullayev Günəş Xandadaş oğlunun idarə etdiyi 56-BC-322 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən təkərin partlaması səbəbindən maşın yoldan çıxaraq hasara çırpılıb.
Hadisə zamanı sürücü ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.