Salyanda 80 yaşlı kişinin zibillikdən tapdığı əşya əlində partlayıb

Baxış sayı:
3805

Bu gün səhər saatlarında Salyan şəhərində 80 yaşlı sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə Q.Əsgərov küçəsində yaşayan 1939-cu ildə anadan olmuş Aləddin Qasım oğlu Abasovun əlində naməlum əşyanın partlaması nəticəsində sol ovucu dağıldığından həmin əlinin amputasiya olunacağı gözlənilir. Yaralı hazırda əməliyyata götürülüb. A.Abbasovun özünün bildirdiyinə görə partlayış zibillikdən tapdığı dəmir əşyanı qurdalayarkən baş verib.

Fakt araşdırılır.