Salamlaşmamaq ruh sağlığına pis təsir edir

Baxış sayı:
2437

Türkiyəli psixoloq Murad Dəmirçi, cəmiyyət içində salamlaşmanın azalmasının fərd olaraq var olma mübarizəsi verən gəncləri ruhi böhrana sürüklədiyini deyib.
 
Gənclərin ruhi böhranının altındakı ən böyük amilin "var olma səyi” olduğuna diqqət çəkən Dəmirçi, “Dünən olduğu kimi, bu gün də sosiallaşmağa ehtiyacımız var. Özünə olan inam və hörməti sosial şəbəkədə bəyənilmək üzərində quran insan, qayğı görmədiyi yerdə özünün heçə sayıldığı təsəvvürünə qapılır. Xüsusən gənclərdə bu vəziyyəti əyani olaraq müşahidə edə bilərik. Gənclər təqdir edilmək, önəmsənmək, razılaşdırılmaq və dəyər görmək istəyir. Fərd olduğunu və varlığının dərk edilməsini istəyir. Bu bir çox insan tərəfindən baş verən olduqca geniş problemdir" deyib.
 
"Salam vermək ikitərəfli ünsiyyəti gücləndirir"
 
Bu problemin salamlaşmaqla həll edilə biləcəyini dilə gətirən Dəmirçi, "Salam vermək ikitərəfli ünsiyyəti gücləndirir. Birinə salam vermək ona dəyər vermək mənasına gəlir. Bir-birilərinə salam verənlər xoşbəxt olurlar, özlərini dəyərli hiss edirlər. İnsanların önəmsəndiklərini bilmələri, onları psixoloji və sosioloji olaraq da rahatlaşdırır. Günümüzdə salamlaşmağın azalması ruh sağlamlığını mənfi təsir edir" deyə söyləyib.
Müxalifət.az