Şahzadə Salman Türkiyənin ittihamlarından sonra MİLYARDLARLA DOLLAR XƏRCƏ DÜŞÜB

Baxış sayı:
5971

Kaşıkçı cinayətindən sonra bütün dünyanın izlədiyi Ankara-Riyad gərginlyi ilə bağlı heyrətverici fakt ortaya çıxıb. “Wall Street Journal” nəşri yazır ki, Kaşıkçının qətlinə fərman verdiyi iddia edilən şahzadə bin Salman barəsində Türkiyədən xəbərlər və açıqlamalar verildiyi bir zamanda, səudiyyəlilər Səudiyyə Ərəbistanı birjasına vəsait qoyaraq, bazarı canlandırmağa çalışıblar. Oktyabr ayının 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı səfirliyində qətlə yetirilən jurnalist Camal Kaşıkçının qanının yerdə qalmaması üçün ən böyük mübarizəni aparan ölkələrdən biri Türkiyə olub... Belə ki, Ankaradan olan vəzifə sahibləri adlarını bildirmədən beynəlxalq mətbuata açıqlamalar vermiş və bir ya aya yaxın müddət ərzində hər gün Kaşıkçının qətli ilə bağlı xəbərlər sızdırmışdılar. Səudiyyə Ərəbistanı və vəliəhd şahzadə Salmanı narahat edən bu cəziyyət bazara da təsir eləmiş, ABŞ-Səudiyyə əlaqələrinə zərər vermişdi. Lakin bu gün dünyanın nüfuzlu məşrlərindən olan “Wall Street Journal” bir məqalə yazaraq, şahzadə Salmann Türkiyənin addımlarına rəsmən pulu ilə cavab verdiyini iddia edib. Qəzet fond birjasının məlumatlarına və hökumətin birjaya müdaxiləsindən xəbərdar olan şəxslərdən aldınan informasiyaya görə, böhran zamanı Riyad hökuməti Səudiyyə Ərəbistanı birjasında böyük həcmdə əməliyyatlar aparıb. Bağlanma saatına yaxın aparılan bu əməliyyatlar birjanı canlandırıb. Qrafikdəki qara xətlər birjanın bağlanmazdan əvvəlki son saatını, yaşıl artımlar isə birja bağlanmazdan əvvəlki ani yüksəlişləri göstərir. Vəzifə başına gəldiyi 3 il boyunca birjanı yaxından izləyən və ölkə iqtisadiyyatını bu şəkildə qoruyub-saxlamağa çalışan şahzadə bin Salmanın normal halda hökumət tərəfindən aparılan birja əməliyyatlarını ictimaiyyətə açıqladığı, lakin Kaşıkçı cinayətindən sonra aparılan bu gözlənilməz əməliyyatlar barəsində məlumat vermədiyi qeyd edilib. Hökumətin bu əməliyyatları ictimaiyyətə açıqlama məcburiyyəti olmayan Səudiyyə malyyə təşkilatlarının vasitəsilə apardığı da bəlli olub. Həftədə 2 milyard dollar xərclənib “Wall Street Journal” nəşrinin xəbərinə görə, Riyad hökuməti ötən il Qətərin blokadası zamanı bənzər əməliyyatlar aparıb. Qəzetə müsahibə verən, səudiyyəli mənbə deyib: “Şahzadə Məhəmmədin hökuməti bu yolla ölkəsinin əcnəbi investorlar üçün etibarlı olduğunu göstərməyə çalışır”. Səudiyyə Ərəbistanına xarici investisiya birjada 4 faiz təşkil edir. Ölkədəki şirkətlərin böyük əksəriyyəti dövlətə məxsusdur. Kaşıkçının qətlindən 20 gün sonra, yəni oktyabrın 22-də birjada 2 faiz ucuzlaşma olduğu bir vaxta, birjanın bağlanmasına 40 dəqiqə qalmış çox böyük bir alqı-satqı əməliyyatı aparılıb və bunun sayəsində birja 1 faiz artımla günü yekunlaşdırıb. Qəzet 21 oktyabr tarixində şahzadə Salmanın Kaşıkçının ölümünü qətl adlandırdığını xatırladır. Məlumatlara görə, həmin həftə Riyad iqtidarı 2 milyard dollarlıq səhm satın alıb./Hurriyyet.org