Sahil Babayev tanınmış şairə yüksək VƏZİFƏ VERDİ

Baxış sayı:
9715

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev 9 saylı region üzrə (Lənkəran, Astara, Lerik) Dövlət Əmək Müfəttişliyinə yeni rəis təyin edib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, S.Babayevin müvafiq əmri ilə, 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Etibar Babalı oğlu Vəliyev təyinat alıb.
Qeyd edək ki, E.Vəliyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafaçısı, tanınmış şair-publisistdir. O, həmçinin 20 ildir 9 saylı region üzrə müfəttiş vəzifəsində çalışıb.