​Sahibəsindən pişiyə 30 min avro miras qaldı

Baxış sayı:
1244

İtaliyada “Cerri” ləqəbli pişiyə sahibəsindən 30 min avro miras qalıb.
Muxalifet.az “La Stampa”ya istinadən xəbər verir ki, pişik mərhum qadının həyatında mühüm yer tuturdu.
Adı çəkilməyən qadın ölərkən övladlarına vəsiyyət edib ki, pişiyin müalicəsi ilə bağlı pula ehtiyac yaranarsa dərhal tədbir görsünlər.
Hətta zəruri halda evdəki müxtəlif zərgərlik əşyalarını da satmaqdan çəkinməsinlər.
Mərhumun qızı qeyd edib ki, anası pişiyi öz övladlarından çox sevirdi.
Qeyd edək ki, “Cerri” artıq öz mirasından “istifadə edir”. Belə ki, onun 4 çarpayısı var və müxtəlif dəniz məhsulları ilə qidalanır.