Şabranda yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var

Baxış sayı:
9988

Şabranda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gəndab kəndində qeydə alınıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.