​Şabranda AĞIR YOL QƏZASI: Sürücü öldü

Baxış sayı:
3388

Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, “VAZ” markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Mövlanlı Pərviz Elxan oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.