​Sabirabadda piyadanı avtomobil vurub

Baxış sayı:
2041

Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az-ın Mil-Muğan bürosunun məlumatına görə, bu gün axşam saatlarında Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində Kürdəmir sakini, 1975-ci il təvəllüdlü Səmədov Vasif Cavanşir oğlunu yük avtomobili vurub. Nəticədə piyada sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.