Sabiq prezidentin yarım ton qızılı ələ keçirildi

Bir neçə gün əvvəl Avropa ölkələrindən birində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç tərəfindən ölkədən çıxarılan çoxlu sayda qızıl ələ keçirilib.
 
Bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş prokurorunun müavini Yevgeni Yenin söyləyib. O, ələ keçirilən qızılın həcminin yarım ton olduğunu bildirib:
“Yanukoviç dövründə Ukraynaya vurulan zərər 40 milyard dollar olub. Eks-hökumətin oğurladıqlarının 1,5 milyard dollarını artıq büdcəyə qaytarmaq mümkün olub”./axar.az