Sabiq prezidenti həbsdən azad edən etirazçılar meriya binasını ələ keçirdilər - YARALILARIN SAYI ARTIR

Baxış sayı:
1527

Qırğızıstanda baş verən qarşıdurmalar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb.

TASS-ın məlumatına görə, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb. 

"Onlardan 150-i xəstəxanalara yerləşdirilib", - deyə xəbərdə bildirilir. Qarışıqlıqlar zamanı həmçinin 1 nəfər öldürülüb.

Məlumata görə, paytaxt Bişkekdə etirazçılar meriyanın binasını ələ keçiriblər. Şəhər meri Aziz Surakmatov "24.kg" agentliyinə açıqlamasında məlumatı təsdiqləyib. Hadisənin təfərrüatı açıqlanmır.

Qeyd edək ki, etirazçılar ölkədə keçirilmiş parlament seçkilərinin nəticələri ilə razılaşmırlar. Daha əvvəl etiraz aksiyasının iştirakçıları Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi, sabiq baş naziri Sapar İsakovu həbsxanadan azad ediblər. Eyni zamanda aksiyaçılar dövlət başçısının administrasiyasının olduğu parlament binasını da tutublar.

**

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev etirazçılar tərəfindən həbsxanadan azad olunub.

Bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar.

Nümayişçilər binanı mühafizə edən milis əməkdaşlarına yandırıcı qarışıqların olduğu butılkalar atıblar və onları daşa basıblar. Daxili İşlər Nazirliyinin xüsusi bölmələrinin silahlıları buna rezin güllələrlə cavab veriblər. Parlament binası yanında qarşıdurma 1 saatdan çox davam edib. Aksiyaçılar parlament seçkilərinin nəticələri ilə razı deyillər. Buna görə də Prezident Administrasiyasının və parlamentin yerləşdiyi binanı ələ keçiriblər.

Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki qərargahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəi sürülüb və o, azadlıqdan məhrum edilib. Almazbek Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib heab edir.