SABİQ NAZİRƏ YENİ VƏZİFƏ VERİLDİ - Ramiz Mehdiyev Əli Abbasovla bağlı əmr imzalayıb
6-03-2020 17:15
Baxış sayı:
2529
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev öz müşavirinə - keçmiş rabitə və yüksək texnologiyaları naziri, akademik Əli Abbasova yeni vəzifə verib.
Muxalifet.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumatına görə, R.Mehdiyevin müvafiq əmri ilə Ə.Abbasov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib.
Xəbəri AMEA-dan təsdiqləyiblər.