​Sabiq baş nazirin oğlu evində ölü tapıldı - FOTO

Baxış sayı:
3395

Sabiq baş nazirin oğlu evində ölü tapıldı.
Muxalifət.az xəbər verir ki, Türkiyənin sabiq baş nazirlərindən olan Məsud Yılmazın oğlu Mehmet Yavuz Yılmaz Beykoz bölgəsindəki evində ölü tapılıb.
Silahla vurularaq öldürülən nazir oğlunun intihar, yoxsa suiqəsdə qurban getdiyi araşdırılır. Hadisə yerinə gələn polis və tibbi briqada cəsədi ekspertizaya göndərib.
Xatırladaq ki, Mehmet Yavuz Yılmaz türkiyəli teleaparıcı Sevinc Sapmaz ilə 3 il ailəli olub və boşanıb.
Faktla bağlı cinayət işi başladılıb.