​Sabiq baş nazirin elit mənzilində QIZILLA DOLU 280 QUTU TAPILDI

Baxış sayı:
6154

Malayziya polisi ölkənin sabiq baş naziri Nəcib Razakuya məxsus mənzillərdən pul, zinət əşyaları, elit saatlarla dolu 280-dən artıq qutu və "Hermes" şirkətinin onlarla özəl çantalarını müsadirə edib.
Trend-in məlumatına görə, mallar sabiq baş nazirin Kuala-Lumpurun elit yaşayış komplekslərindən birində yerləşən 3 mənzilində aşkarlanıb.
İqtisadi cinayətlərin araşdırılması üzrə idarənin rəisi Amar Sinqx bildirib ki, müsadirə edilən qutuları və çantaları aparmaq üçün 5 yük maşınından istifadə olunub.
Qeyd edək ki, jurnalistlər həmişə qeyd edirdilər ki, sabiq baş nazirin xanımı tez-tez camaat qarşısına qiymətləri 12-300 min dollar təşkil edən "Hemres" şirkətinin müxtəlif çantaları ilə çıxır. Bundan əlavə, daha əvvəl ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri bildirib ki, sabiq baş nazirin xanımı ABŞ-da 23 milyon dollara çəhrayı brilyant əldə edib.
Nəcib Razakunun mənzillərində axtarışlar mayın 16-sı aparılıb.