​Sabah Ərdoğan önəmli açıqlama verəcək

Baxış sayı:
5566

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Qızılcahamam düşərgəsində çox vacib açıqlamalar verəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömər Çəlik deyib. O bildirib ki, Ərdoğanın MHP lideri Dövlət Baxçalı ilə görüşü Macarıstan səfərindən sonra baş tuta bilər.
Sözçü itkin düşən səudiyyəli jurnalist Camal Qaşıqçı barədə də danışıb:
"Həssaslığımız ən yüksək nöqtədədir. Məsələ ilə bağlı araşdırma aparılır".