Sabah bu rayonda SU OLMAYACAQ

Baxış sayı:
2881

Sabah Lənkəran şəhərinə və ətraf yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Muxalifet.az-a verilən məlumata görə, su təchizatı sistemlərində aparılan yenidənqurma işləri ilə əlaqədar məhdudiyyət yaranacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.