Sabah Azərbaycanda 18 dərəcə isti olacaq

Baxış sayı:
2056

Sabaha olan hava şəraiti açıqlanıb.
Muxalifet.az
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru  arabir güclənən şimal-qərb küləyi ilə əvəz oluanacaq.
Havanın temperaturu  gecə 5-7 dərəcə, gündüz  9-12 dərəcə  isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz  10-12 dərəcə  isti təşkil edəcək.
Nazirlikdən bildirilib ki, martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi  15-20 m/s, arabir 23-28 m/s, martın 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s. təşkil edəcək.
Fasilələrlə yağış yağacaq.  Havanın temperaturu  6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq.
Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman oalcaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  3-7 dərəcə isti təşkil edəcək.