SAATLIDA DƏHŞƏTLİ QƏZA: ölən və xəsarət alanlar var

Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 18-də saat 20 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakinləri Şakir Cabbarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Salman Qasımovun idarə etdiyi “Belarus-80” markalı traktor toqquşub. Nəticədə Ş.Cabbarov hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib. Saatlı RPŞ tərəfindən araşdırma aparılır.