Saatlıda 29 yaşlı gənci ilan vurub

Hadisə o, həyətyanı sahədə iş görən zaman baş verib
 
Saatlıda ilansancma hadisəsi baş verib.
Hadisə rayonun Dəlilər kəndində qeydə alınb.
Kənd sakini, 29 yaşlı Murad Abasəli oğlu Nəsirov həyətyanı sahədə iş görərkən onu ilan sancıb. Zərərçəkən dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tədbirlər görülüb. Zərərçəkmiş vəziyyətinin orta- ağır olduğu bildirilir.