Saat 16.00-da ABŞ YENİ İRAN STRATEGİYASINI AÇIQLAYACAQ

Baxış sayı:
6748

ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun bu gün saat 16.00-da ABŞ-ın yeni İran strategiyasını açıqlayacağı bildirilib.
 
ABŞ-ın dövlət katibi Mayk Pompeonun bu gün saat 16.00-da ABŞ-ın yeni İran strategiyasını açıqlayacağı bildirilib. ABŞ-ın Türkiyə səfirliyinin Twitter hesabından paylaşdığı mesajda, Pompeonun saat 16.00-da nüvə müqaviləsindən çəkilməsindən sonar həyata keçiriləcək yol xəritəsinin açıqlanacağı bildirilib.
 
YENİ BİR KOALİSİYA YARADILACAQ
 
Qeyd edək ki, dünən ABŞ Xarici İşlər Nazirliyindən edilən açıqlamada, sözügedən strategiya ABŞ-ın İran ilə aparılan nüvə müqaviləsindən çəkilməsindən sonrakı prosesdə həyata keçirəcəyi yol xəritəsini ehtiva edir. ABŞ hökumətinin İranın "sabitliyi pozucu fəaliyyətlər" adlandırdığı davranışlara qarşı qlobal koalisiya qurmaq istədiyini bildirmiş, ancaq bu koalisiyanın hərbi qanadının olub olmayacağına dair hər hansı bir məlumat paylaşılmamışdı.
Müxalifət.az