​Saakaşviliyə görə gizli danışıq aparmırıq - Ukrayna

Baxış sayı:
3714

Ukrayna Xarici İşlər Nazirliyi Mixail Saakaşvilinin ekstradisiyası ilə bağlı Gürcüstanla məxfi danışıqlar aparmır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar söyləyib.
“XİN danışıqlar aparmır. Gürcüstanla münasibətlər mənim səlahiyyətlərim daxilindədir və bizim aramızda heç bir kontakt yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Gürcüstan mətbuatı Saakaşvilinin Belarusa təhvil verilməsi üçün Gürcüstanın Ukrayna ilə məxfi danışıqlar apardığı haqqında informasiya yaymışdı.