Saakaşvilinin tərəfdarları QAZ BOMBASI PARTLATDI

Baxış sayı:
5287

Kiyev Peçorsk rayon məhkəmənin qarşısında Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş meri Mixail Saakaşvilinin tərəfdarları ilə polis arasında növbəti qarşıdurma yaranıb.
Muxalifət.az xəbər verir ki, şəhər polisi məhkəmənin giriş-çıxışını nəzarətə götürüb. İçəri yalnız mətbuat nümayəndələri və deputatlar buraxılır. Bu səbədən də Saakaşvilinin tərəfdarları etiraz edərək qarşıdurma yaradıblar. Onlar keçmiş merin tərəfdarlarının da məhkəməyə buraxılmasını tələb ediblər. İnsident zamanı əraziyə qaz bombası atılıb.
Xatırladaq ki, gürcü siyasətçi dekabrın 8-cə həbs olunub. O, müddətsiz aclıq elan edib.