Saakaşvili Ukrayna ərazisinə daxil olub – FOTO

Ukrayna vətəndaşlığından məhrum edilən Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Polşadan Ukraynaya keçməsi barədə məlumat verib.
 
Oxu.Az-ın xəbərinə görə, Gürcüstanın sabiq prezidenti bu barədə Facebook sosial şəbəkəsində yazıb.
“Hazırda biz Krakoveçə, Ukraynaya keçirik”, - Saakaşvili yazıb.
Bundan əvvəl, Ukrayna hökuməti bəyan edib ki, Saakaşvilini ölkəyə buraxmayacaq.
Xatırladaq ki, sabiq qubernator iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılıb.