​Saakaşvili üçün imkan: 30% neytral səs var - SORĞU

Baxış sayı:
6646

Gürcülərin 26%-i parlament seçkisində Gürcü Arzusu Partiyasını dəstəkləyəcək.
Muxalifət.az xəbər verir ki, bu nəticə Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, əhalinin yalnız 8%-i Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının dəstələyir. Ondan sonrakı yeri isə 4% səslə Avropa Gürcüstanı Partiyası tutub. 30% şəxs isə seçkidə kimə səs verəcəyini müəyyən edə bilmədiyini deyib.
Gürcülər həmçinin ölkəyə əsas təhdidin yenə də Rusiyadan gəldiyini bildirib. Respondentlərin 33%-i bu fikri dəstəkləyib. Abxaziya və Cənubi Osetiyanın işğalını ən böyük təhdid adlandıranların sayı əhalinin 11%-ni təşkil edib. 9% şəxs isə ən böyük təhdid sırasında terrorizmin olduğunu bildirib.
Gürcülər həmçinin Rusiya təbliğatını (7%), Türkiyənin Gürcüstana marağını (5%), dini qarşıdurmanı (4%), NATO və AB-yə inteqrasiyanı (3%), etnik qarşıdurmanı (2%) da ən böyük təhdidlər sırasına aid ediblər.
Qeyd edək ki, son günlər Saakaşvili Gürcüstanda fəallığını artırıb. Müxalifət birləşdirməyə və payızda keçirilən seçkilərə vahid namizədlə qatılmağa çalışan M.Saakaşvili əhalinin tərəddüd edən kəsiminin səsini almağa cəhd edir.