​Saakaşvili: “Ölənədək aclığı dayandırmayacam”

Baxış sayı:
5725

Sabiq Gürcüstan prezidenti, Odessanın keçmiş meri Mixaiil Saakaşvili Kiyev şəhər Peçersk məhkəməsində iclasdan qabaq çıxış edib. O bildirib ki, əgər onu həbsxanaya qaytarsalar, açlığa davam edəcək: “Onlar məni təcrid ediblər. Yanıma vəkillərimin belə girməsinə icazə vermirlər. Mətbuatım yoxdur. Əgər onlar məni həbsxanaya geri qaytarsalar, aclığı davam etdirəcəm. Hamı biləcək ki, bu qətli kim törədib. Onlar məni öldürə bilərlər, amma Ukrayna xalqını öldürə bilməzlər. Mən özümü həbs olunmuş yox, hərbi əsir alınmış hesab edirəm. Çünki onlar Ukrayna xalqına qarşı müharibə aparırlar”.
Bu sözlərdən sonra Saakaşvili öncə Ukraynanına, daha sonra Gürcüstanın himnini səsləndirib.
Saakaşvilinin tərəfdarları siyasətçinin müdafiəsi üçün proses gedən zala girməyə çalışırlar.