Saakaşvili: “Məni FSB generalı edəcəklər”

Kiyev mənim Ukraynaya dönüşümlə əlaqədar olaraq yeni provokasiyalar hazırlayıb.
 
Bu barədə bəyanatı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yayıb.
“Onlar hansısa provokasiyalar hazırlayırlar. Növbəti günlər ərzində onlar məni Putinin dostu, FSB generalı və ya agenti elan etsələr, heç təəccüblənmərəm”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Saakaşvili sentyabrın 10-da Polşadan Ukraynaya gələcəyini açıqlayıb. Kiyev isə onun ölkəyə addım atacağı təqdirdə həbs olunacağını bildirib./axar.az