​Saakaşvili ilə bağlı ərizə göndərilib, gözləyirik... - TİFLİS

Baxış sayı:
3104

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ekstradisiyası yalnız Ukrayna orqanlarının qərarından asılıdır.
Muxalifət.az xəbər verir ki, Gürcüstan Baş prokurorunun müavini Georgi Qoqadze ölkədə cinayət törətmiş istənilən şəxsin ədalət qarşısına çıxması üçün hər şeyi edəcəklərini bildirib:
 “Bizim Ukraynanın müvafiq səlahiyyətli orqanları ilə münasibətlərimiz var. Saakaşvilinin vətəninə qaytarılması üçün ərizə artıq göndərilib. Hazırda həmin orqanlar Saakaşvilinin Gürcüstana təhvil verilməsi barədə qərar qəbul etməlidirlər”.
Qeyd edək ki, Saakaşvili 2013-cü ildə yeni prezidentin inauqurasiyasından dərhal sonra Gürcüstanı tərk edib. Ona qarşı bir neçə cinayət işi qaldırılıb.