​SAAKAŞVİLİ HƏBS QƏRARINI QANUNSUZ ADLANDIRDI

Baxış sayı:
4747

Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili Gürcüstanda barəsində oxunmuş qiyabi hökmün qeyri-qanuni olduğunu bildirib.
Muxalifət.az xəbər verir ki, Saakaşvili gürcü hakimiyyətinin 5 il ərzində onun barəsində nə korrupsiya, nə də digər qanun pozuntuları ilə bağlı heç bir əhəmiyyətli sübut tapmadığını qeyd edib.
“Gürcüstan məhkəməsinin barəmdə qəbul etdiyi qərar tamamilə qanunsuzdur, bütün beynəlxalq və milli normalara, sağlam düşüncəyə ziddir. Prezidentin heç bir şəkildə məhdudlaşdırılmayan əfv etmək hüququnu istifadə etdiyi üçün hökm vermək prosesin bütünlükdə siyasi xarakterindən xəbər verir”, - Saakaşvili deyib.
Qeyd edək ki, Gürcüstan məhkəməsi Mixail Saakaşvilini qiyabi şəkildə 3 il azadlıqdan məhrum edib./axar/