​Saakaşvili Gürcüstana ekstradisiya edilir? - DEPUTAT

Baxış sayı:
4663

Gürcüstan məhkəməsinin eks-prezident Mixail Saakaşvili barəsində 3 müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərarı onun dərhal deportasiya edilməsinə şərait yaradır.
Muxalifət.az xəbər verir ki, Ali Radanın deputatı olan İqor Mosiyçuk bu barədə Feysbuk profilində yazıb.
"Saakaşvili səlahiyyətlərindən sui-istifadə etdiyinə görə Gürcüstanda 3 il azadlıqdan məhrum edilib. O prezident olduğu vaxt bank işçisinin ölümündə təqsirləndirilən 3 nəfəri əfv etmişdi. Gürcüstan məhkəməsinin hazırkı qərarı Saakaşvillinin Gürcüstana dərhal deportasiya etməsinə imkan yaradır", - deyə Mosiyçuk qeyd edib.