​Saakaşvili Gürcüstan vətəndaşlarına MÜRACİƏT ETDİ

Baxış sayı:
2635

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vətənində hər hansı vəzifə tutmaq niyyətində olmadığını bəyan edib.
Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu o, “Facebook Live” zamanı deyib.
“Siz seçicilər nəyə imza atdığını bilməlisiniz. Kimdən qorxursunuz? Georgi Vaşadze ya Giya Vaşadzedən? Əgər məndən qorxursunuzsa, sizə deyirəm ki, mən hökumətə gəlmirəm. Hərçənd təhlükəli deyiləm”, – deyə o vurğulayıb.
Saakaşvili seçiciləri heç nədən qorxmamağa və Gürcüstanı düşmənə verməməyə çağırıb.