S-400-ün ilk hissələri Türkiyəyə gətirildi

Baxış sayı:
7738

 Türkiyənin Rusiyadan sifariş etdiyi S-400 hava müdafiə sisteminin çox önəmli bəzi kiçik hissələrini təhvil aldığı bildirilib.
 
“Yeni Şəfəq” qəzetinin xəbərinə görə, Türkiyənin öz milli maraqları və təhlükəsizlik tədbirləri çərçivəsində satın almaq istədiyi S-400 hava müdafiə sistemi ABŞ ilə münasibətlərə birbaşa təsir etməyə davam edir.
ABŞ-ın hədələyici bəyanatlarına rəğmən Türkiyənin də S-400 mövzusunda əhəmiyyətli addımlar atdığı öyrənilib.
Təhlükəsizlik mənbələri S-400 ilə bağlı bəzi avadanlıqların ötən günlərdə Türkiyəyə təhvil verildiyini iddia edib.
Qaynaqlar sözügedən hissələrin proyektor vasitə, radar və digər böyük hissələr olmadığını, ilk təhvil alınan hissələrin inteqrasiya üçün lazımlı, kiçik, amma əhəmiyyətli hissələr olduğunu bildirib.
Müxalifət.az