S-400-ü gətirən təyyarədə böyük sürpriz

Baxış sayı:
8146

S-400-lərin Rusiyadan ilk daşınmasında yalnız raket və batareyalarının gəlməsi planlanırdı. Ancaq Şərqi Aralıq dənizindəki böhranın dırmanmasından sonra aparılan intensib diplomatik danışıqlardan sonra S-400-ün radar sistemi də Türkiyəyə gətirilib.
 
S-400 havadan müdafiə sistemlərinin ilk hissələrini daşıyan təyyarələr bu səhər 10.20 radələrində Ankarada Mürtəd Havalımanına enib. Aylardır nə vaxt gələcəyi danışılan S-400-lərlə bağlı əhəmiyyətli bir detal ortaya çıxıb.
“Habertürk” yazarı Çetiner Çətinin verdiyi xəbərə görə, ilk daşınmada yalnız raket və batareyaların gəlməsi gözlənilirdi. Radar sistemi isə quraşdırılmadan sonra gəlməli idi. Ancaq Şərqi Aralıq dənizindəki gəlişmələr Türkiyəni Rusiya ilə intensiv diplomatik danışıqlar aparmağa vadar edib və nəticədə S-400-ün radar sistemi də gətirilib.
Müxalifət.az