S-400-lərin Türkiyəyə göndərilməsi başlayır

Baxış sayı:
2524

Türkiyəni hava təhdidlərinə qarşı qoruyacaq, dünyanın ən inkişaf etmiş havadan müdafiə sistemi olaraq qəbul edilən Rusiya istehsalı S-400-lərin satın alma müddətində son mərhələ başladı.
 
ABŞ ilə gərginliyə səbəb olan S-400-lərin bu həftə Türkiyəyə daşınma prosesinin başlaması planlaşdırılır. Beləcə, Türkiyə S-400 satın alan ilk NATO ölkəsi olacaq.
Bir müddətdir ABŞ Türkiyənin S-400-ləri aldığı təqdirdə CAATSA sanksiyalarının tətbiq olunacağı və Türkiyənin də ortağı olduğu F-35 proqramından çıxarıla biləcəyini ifadə etsə də, Ankara S-400 razılaşmasından geri çəkilmədi.
 
İLK BATAREYA "MÜRTƏD"Ə
 
S-400 sistemi üçün Türkiyə də hazırlıqlarını tamamladı. 15 iyul FETÖ çevriliş cəhdindən sonra adı "Mürtəd" olaraq dəyişdirilən Akınçı Bazasına Rusiya Dövlət Silah Şirkətinin istəkləri yönündə "xüsusi" angarlar və batareyaların yerləşdirilə biləcəyi yerlər inşa edildi. S-400-lərin mühafizəsi və texniki baxışlarının ediləcəyi nəhəng angarlar S-400-lər üçün hazırlandı. Sistem üçün idarəetmə mərkəzi də quruldu.
Müxalifət.az