Rustavidə yanan avtobusla bağlı Bakıdan açıqlama
8-01-2018 22:31
Baxış sayı:
3944
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gürcüstanda yanan sərnişin avtobusu ilə bağlı açıqlama verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov trend -ə faktı təsdiqləyib.
O bildirib ki, hadisə yanvarın 7-də təxminən 21.30 radələrində Gürcüstan ərazisində, Tbilisi yaxınlığında baş verib:
"Türkiyənin "Öz Nuhoğlu” şirkətinə məxsus "Mercedes" markalı "16 HB A 05" nömrə nişanlı avtobusda bizə məlum olmayan səbəblərdən yanğın baş verib. Sərnişinlər dərhal avtobusdan təxliyə olunub, xəsarət alan yoxdur. Gecə saatları olmasına baxmayaraq, sərnişinlər hoteldə yerləşdirilib və sonra digər avtobusla yola salınıb. Nəzərinizə çatdırırıq ki, avtobus 7 yanvar 2018-ci il saat 11:00-da Bakı Beynəlxalq Avtovağzalından Türkiyəyə yola salınıb".