Ruslar "Teleqram"a görə ayağa qalxır: Bərpa edin!

Baxış sayı:
8671

Aprelin 30-da Rusiyanın paytaxtı Moskvada “Teleqram” mesajlaşma servisinin bağlanılmasına etiraz olaraq mitinq keçiriləcək.
Muxalifet.az xəbər verir ki, nümayişin təşkilatçısı Rusiya Libertarian partiyasıdır.
Bildirilib ki, mitinq təşkilatçıları “Teleqram”ın bağlanılması ilə yanaşı, “Yarovi” qanunu və bir sıra internet azadlığını məhdudlaşdıran qanunların ləğvini tələb edəcəklər.
Qeyd edək ki, "Teleqram" Rusiya ərazisində bloklanıb.