Ruslar Suriyadakı əməliyyatların dayandırılmasını istəyir

Hərbi əməliyyatın davam etdirilməsinin lehinə 30% respondent rəy bildirib
 
Rusiyada sorğu iştirakçılarının təxminən yarısı rəsmi Moskvanın Suriyadakı hərbi əməliyyatları dayandırmalı olduğunu düşünür.
"İnterfaks" xəbər verir ki, bunu "Levada Mərkəzi"nin keçirdiyi sorğunun nəticələri göstərir.
Respondentlərin 49%-i Rusiyanın Suriyadakı əməliyyatları dayandırmasının lehinə səs veribsə, rəyi soruşulanların 30%-i əməliyyatların davam etdirilməsinə tərəf çıxıb.
Rusiyalıların əksəriyyəti - 74%-i ya ərəb respublikasındakı vəziyyəti yaxından izlədiklərini, ya da oradakı son hadisələrdən xəbərdar olduqlarını söyləyiblər. Respondentlərin 26% isə Suriyadakı hadisələrdən bixəbər olduqlarını qeyd ediblər.
Sorğu 137 yaşayış məntəqəsində 1600 nəfər arasında aparılıb.
Xatırladaq ki, Rusiya Suriyada hərbi kampaniyaya 2015-ci ilin payızında başlayıb.