Ruslar Şamaxıda ağır qəzaya düşdü - 6 yaralı

Baxış sayı:
8533

Şamaxı rayonunda yol qəzası baş verib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə aprelin 6-da günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, xəsarət alanlardan ikisi Rusiya vətəndaşıdır.
Faktla bağlı araşdırma aparılır.