​Ruslar azərbaycanlılara HÜCUM ETDİ: Xəsarət alanlar var

Baxış sayı:
7555

Polşanın paytaxtı Varşavada azərbaycanlı gənclərə hücum olub, xəsarət alanlar var. Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hücum edənlər milliyyətcə ruslardan ibarət sərxoş dəstə olub. Bu il mayın 26-da baş verən hücum nəticəsində Zamiq Rüstəmov və Kitabulla Qasımov adlı azərbaycanlılar xəsarət alıblar. Hücum edən dəstənin üzvləri qaçaraq hadisə yerindən uzaqlaşıblar. Azərbaycanlı gənclər Polşada xırda sahibkarlıqla məşğuldurlar.