Ruslar açıqladı: Türkiyə ilə kritik dollar qərarı

Baxış sayı:
3679

Rusiya avtomobil istehsalçılarının Türkiyə ilə ehtiyat hissə ticarətində dollar əvəzinə yerli pul vahidlərini istifadə edəcəyi bildirilib.
 
Rusiya Sənaye və Ticarət naziri Denis Manturov, Sputnik-ə verdiyi müsahibədə, Rusiyada avtomobil istehsalçısı olan şirkətlərin Türkiyə ilə ehtiyat hissə ticarətində Türk lirəsi ilə ödəmə edib, etməyəcəyi sualına cavab olaraq bunları deyib:
“İstehsalçılarımızın yerli pul vahidlərinə keçib, keçmədiyini dəqiq olaraq deyə bilmərəm. Çünki istehsalçılarımızın sayı çoxdur. Lakin bir ay əvvəl bir sıra həmkarımızla keçirdiyimiz görüşlərə görə, istehsalçılarımız yaxın bir zamanda (yerli pul vahidləri ilə ticarətə) keçməyə hazırlaşırdı".
Türk istehsalçı şirkətlərin hazırda ticarətdə yerli pul vahidlərinə məmnuniyyətlə keçdiyini deyən Manturov, "Yerli valyutalara keçilməsi hər zaman risqdən qorunmağa yardımçı olur. Lirə zəiflədi, rubl də bir az zəifdir. Bizim üçün (Yerli valyutalara keçilməsi) rahat olacaq" deyə əlavə edib.
Müxalifət.az