​RUSLAR ABŞ İLƏ MƏZƏLƏNDİ

Baxış sayı:
4381

Ruslar ABŞ-ın yeni nəsil tankını məsxərəyə qoydular

Muxalifət.az xəbər verir ki, Rusiyanın “Zvezda” telekanalı ABŞ-ın üçüncü nəsil “M1 Abrams” tipli tankların modernləşdirilməsinə rəğmən yararsız olduğunu bildiriblər. Kanalın xəbərində rusiyalı hərbi ekspert Andrey Smolin “Abrams”dan danışarkən deyib: “RPG-7” kimi silahların qarşısında bu tanklar oyuncağa bənzəyir. Komanda cihazları, topçu sistemləri və daha yaxşı görmə təmin edən rənglilik xüsusiyyəti kimi yeniliklər isə “makiyaj” xarakteri daşıyır”.
 “Zvezda”ya müsahibə verən zirehli vasitələr üzrə ekspert Viktor Dokuçayev “Abrams” tanklarında aparılan dəyişiklikləri “çox ciddi” qiymətləndirmədiklərini bildirərək deyib: “Tanklarda yalnız zahiri dəyişikliklər aparılıb. Müharibə şəraiti üçün gərək olan heç bir ciddi dəyişiklik yoxdur. Yəni tankın əldən getməsi riski hələ də var”.
Andrey Smolin tankların şəhər şəraitinə uyğunlaşması üçün istifadə edilən və “TUSK” adlandırılan təchizatın təsirinin görünməsi üçün tankın top atəşi açmasını və nəticələrin meydana çıxmasının lazım olduğunu söyləyib: “Ancaq ABŞ bütün bunları məxfilik pərdəsinin ardında gizlədərək aşkara çıxarmır”.
Smolin deyib: “Kimə təsir eləməyə çalışdıqlarını bilmirəm, lakin “Abrams” tanklarındakı silahlar Rusiyanın “PRG-7 kimi silahları ilə müqayisədə oyuncağa bənzəyir”./Hurriyyet.org