Rusiyaya yeni il şoku: TƏYYARƏLƏRİN VURULMASI TƏSDİQLƏNDİ

Baxış sayı:
6289

Rusiyanın Suriyadakı Hımeymim hava bazasına edilən və nəticədə 2 Rus əsgərin öldüyü, 7 təyyarənin ciddi zədələr aldığı hücumla bağlı fotolar ortaya çıxıb.
 
Rusiyanın Suriyadakı Hımeymim hava bazasına təşkil olunan artilleriya hücumu səbəbilə 2 nəfərin öldüyü, 10-dan çox əsgərin yaralandığı və ən azı 7 döyüş təyyarəsinin tamamilə istifadəyə yararsız hala gəldiyi iddia edilib.
Rusiyanın “Kommersant” qəzetinin hərbi və siyasi mənbələrə əsaslandırdığı xəbərində, Rusiyanın, Suriyanın Lazkiyə rayonunda yerləşən Hımeymim hava bazasına "müxalif qruplar" tərəfindən 31 dekabr 2017-ci ildə avtomatik qaubitsa ilə hücum edildiyi irəli sürülüb.
Xəbərdə, hücum nəticəsində Rus Hərbi Hava Qüvvələrinə bağlı ən azı 4 Su-24 tipi bombardman təyyarəsi, 2 Su-35s tipli döyüş təyyarəsi və bir ədəd An-72 tipli nəqliyyat təyyarəsinin istifadəyə yararsız hala düşdüyü qeyd edilib.


 
 NAZİRLİK TƏCAVÜZÜ TƏSDİQLƏDİ
 
 Rusiya Müdafiə Nazirliyinin rəsmiləri “Kommersant” qəzetinin, Hmeymim hava bazasına təşkil olunan hücumda 7 Rus təyyarəsinin məhv olduğu istiqamətindəki xəbərinin doğru olmadığını deyib. Lakin rəsmi şəxslər, bazaya təşkil olunan qaubitsa hücumu nəticəsində 2 əsgərin öldüyünü bildirib.
Rusiyadan edilən rəsmi açıqlamalardan sonra sosial mediada Hmeymim bazasına aid olduğu iddia edilən fotoşəkillər dərc olunub. Fotolarda Rus Su-24s və Su-35s döyüş təyyarələrinin ciddi zərbə aldığı görünür.
Təhlükəsizlik mütəxəssisi Abdulla Ağar, Hmeymim bazasına hücumla əlaqədar olaraq sosial media hesabından verdiyi açıqlamada "Rusiya “Kommersantı” yalan saysa da, yox sayılan, amma savaşa dərindən təsir edən oxşar hücum  2016-cı ilin may ayında da baş vermiş və Stratfor bunu ifşa etmişdi. Yeni ildə Hmeymim hava bazasına müxaliflərin etdiyi qaubitsa hücumu da Rusiyaya dərin təsir edəcək " deyib.
Müxalifət.az