Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq - Merkel

Baxış sayı:
2506

Almaniya kansleri Anqela Merkel Avropa İttifaqının Rusiyaya qarşı sanksiaylar rejimini davam etməsinə çağırıb. O, bu haqda Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə birgə mətbuat konfransı zamanı bildirib.
 
"İrəliləyiş olsa, biz sanksiyaları yumşalda bilərik. Təəssüf ki, "Minsk Razılaşmaları"-na əməl olunmur. Hər nə olunursa, bir millimetr önə və dərhal geriyə olur. Almaniya da bu sanksiyaların davam etdirilməsinin tərəfdarıdır," Merkel bildirib.
Ukrayna prezidenti Petro Poroşenko Rusiyanın Ukrayna vətəndaşları və şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları şərh edib. Poroşenko sanksiyalar siyahısında onun oğlu, administrasiyanın yarısı, Ali Radanın deputatları və Ukrayna hökümətinin nümayəndələri olduğunu vurğulayıb.
"Bu siyahıya düşmək dövlət mükafatı kimi bir şeydir. Hər halda bu belə qarşılanır. Bu siyahıya düşməyənlər çox inciyiblər," Poroşenko deyib.
Mətbuat konfransından öncə Almanya kansleri Ukrayna prezidenti Petro Poroşenko ilə təkbətək görüş keçirdib. Dövlət başçıları Minsk razılaşmalarının reallaşdırılması üçün birdə addımları müzakirə ediblər.