Rusiyaya qarşı 5 vertolyot və 110 əsgər göndərildi

Baxış sayı:
12757

İngiltərə Müdafiə Nazirliyindən edilən yazılı açıqlamada, Estoniyadakı NATO qüvvələrinə əlavə 5 Apaçi hücum vertolyotu göndərildiyi bildirilib.
 
 Suffolktaki Wattisham bazasından bu gün hərəkət edən vertolyotların regionda 3 ay müddətinə qalacağaı qeyd edilib.
İngilis ordusunun Estoniyada hazırda mövcud Wildcat müharibə kəşfiyyat vertolyotları ilə xidmət edəcəyi bildirilən Apaçi-lərin Estoniyanın “Bahar Fırtınası” hərbi təlimində da yer alacağı qeyd edilib.
 
Rusiya təhdidi
 
İngiltərənin müdafiə naziri Qavin Williamson Estoniyaya sövq edilən Apaçi vertolyotlarının İngiltərənin NATO-nun ön cəbhəsindəki yerini müəyyən etdiyini bildirərək, "Bu göndərmə NATO-nun kollektiv müdafiə olunmasına verdiyimiz önəmi göstərir" deyə qeyd edib.
 Williamson İngilis mətbuatına verdiyi açıqlamada da, "Rusiyanı inandırıcı bir təhdid olaraq görürük. Apaçi vertolyotlarını sövq etməyimizin səbəbi qismən daim dəyişən vəziyyətə uyğunlaşmağımızı təmin etməkdir" deyə bildirib.
 İngiltərə NATO çərçivəsində Estoniyaya 110 hərbi personal də göndərib. Bununla birlikdə ölkənin Baltikdəki hərbi personal sayı 1000- yaxınlaşıb. Apaçi vertolyotlarının sövqü ilə İngilis qoşunlarının təlimlərdə hədəfi müəyyən etmə, monitorinq və təcavüz qabiliyyətlərinin yeni bir mərhələyə çatacağı bildirilir.
Müxalifət.az