Rusiyaya çox pis xəbər: CASUSLUĞU QƏBUL ETDİ

Baxış sayı:
3898

ABŞ-da casusluqla ittiham olunan Rusiya vətəndaşı Mariya Butina, çıxarıldığı məhkəmədə əməkdaşlıq edərək ittihamları qəbul edib.
 
Ötən iyul ayında ABŞ-da Rusiya adına məlumat topladığı və bu səbəblə də nəzarətə alınan Rusiya vətəndaşı Mariya Butina Vaşinqtonda çıxarıldığı məhkəmədə ona yönəldilən bütün ittihamları qəbul edib. Məhkəmədə sualları cavablandıran Butinanın ağıl sağlığı yerində hesab edildikdən sonra hakim tərəfindən, "Əgər cinayəti etiraf etsən cəza verdikdən dərhal sonra deportasiya edilə biləcəyini bilirsən" sualı soruşulub. Butina bu suala müsbət cavab verdikdən sonra bütün sualları cavablandırıb. Əməkdaşlıq etdiyini qəbul edən Butina, məhkəmə zalından çıxarılıb. Məhkəmənin yaxın günlərdə Butina haqqında son qərarını verəcəyi qeyd edilib.
 
Arxasındayıq mesajı
 
Ötən iyul ayında ABŞ-da Rusiya adına məlumat topladığı və bu səbəblə də nəzarətə alınan Mariya Butina, bu prosesdən sonra məhkəmənin əməkdaşlıq təkliflərini rədd etmişdi. Rusiya Xarici İşlər Nazirliyi isə Butinanın siyasi səbəblər bəhanə edilərək casus olmaqla günahlandırdığını, Butinanın sadəcə ABŞ-da təhsil alan bir tələbə olduğunu bildirmişdi. Ötən həftələrdə ABŞ mətbuatında Butinanın məhkəməylə əməkdaşlıq edəcəyinə dair xəbərlərdən sonra Rusiya Xarici İşlər Nazirliyi Butinanın alacağı bütün qərarlarda arxasında dayanacaqlarını deyib.
Müxalifət.az