​Rusiyanın yeni oyuncağı: ballistik raketləri məhv edəcək silah gəlir

Rusiya nüvə bombasından qat-qat güclü olan yeni radioelektrik silah istehsal edir.
Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Daily Star” qəzeti xəbər yayımlayıb.
Məqalədə Rusiyanın “Elabuqa” adlı yeni silahının orduları zərərsizləşdirmək, 7 km sahədə bütün ballistik raket başlıqlarını və təyyarələrin nəzarət sistemini bağlamaq potensialına malik olduğu qeyd edilib.
Yeni silahın ən diqqət çəkən özəlliyi isə tankların nəzarət sistemlərini əhatə dairəsi xaricində buraxmaq və tankın içindəki mərmiləri partlatmaqdır.
Əlavə olaraq, yerin 100 metr altında gizlənən əsgərlər belə elektromaqnetik silahın təsirinə məruz qala biləcək.