“Rusiyanın xüsusi xidmət orqanları Azərbaycanda finq atır” – MEŞƏ YANĞINLARININ PƏRDƏARXASI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov unikal.org-a açıqlamasında Qəbələ və Oğuzda meşə yanğınlarının qəsdən törədilməsini istisna etməyib:
“Meşənin qəsdən yandırıldığı istisna edilmir. Güman edirik ki, yanğın meşə oğruları, yəni brokonyerlər tərəfindən törədilib. Çünki yanğının traektoriyasından belə məlum olur ki, bu hadisə ehtiyatsızlıqdan baş verməyib. Bununla bağlı araşdırma aparılacaq. Əgər fakt təsdiqini taparsa, hadisəni törədən şəxs və yaxud şəxslər müəyyənləşdirilərək cəzasını alacaqlar”.
Qeyd edək ki, artıq bir neçə gündür meşə yanğınları davam edir. Yanğının söndürülməsi üçün FHN-in və digər aidiyyatı qurumların əməkdaşları ərazidə yanğının söndürülməsi ilə bağlı iş aparır.

“Eyni gündə Rusiya həm Azərbaycana, həm də Ermənistana bildirmək istədi ki, “bizim törətdiyimiz yanğınlları siz söndürə bilməzsiniz”

Meşə yanğınlarının çox nadir hallarda təsadüf və yaxud ehtiyatsızlıqdan törədiyini düşünən politoloq Natiq Miri Hurriyyet.org-a bildiriB ki, meşə yanğınları əsasən düşmən ölkələr arasında baş verən bir növ təxribat hadisəsidir: “Belə ki, bir dövlətin başını daxili problemlərə qarışdırmaq istəyirsənsə, bu cür böyük miqyasda meşələrdə yanğın törədilir və həmin ölkə bir neçə gün daxili problemlərlə, yəni yanğının söndürülməsi ilə məşğul olur. Əslində, Gürcüstanda baş verən yanğın hadisəsi də bununla bağlı idi. Növbəti dəfə NATO-nun iştirakı ilə Gürcüstanda hərbi təlimlər keçiriləcəkdi ki, bunun adekvat cavabı gəldi və bu adekvat cavab Borjomi bölgələrində çox irimiqyaslı süni yanğınların törədilməsi ilə müşayiət olundu. Hətta Gürcüstan bu yanğının qarşısında aciz qaldığını hiss etdi və dərhal qonşuları - Azərbaycan və Ermənistanı köməyə çağırdı. Düzdür, əsas həlledici köməkçi bölgə Azərbaycan oldu.  Azərbaycanın həmin yanğının söndürülməsində nəinki canlı qüvvəsi, həm də helikopterləri iştirak etdi.
Gürcüstanda törədilən yanğın hiss olunanda ki digər əyalətlərə keçmək ehtimalı azalıb, artıq yanğın lokallaşdırılıb, dərhal Azərbaycan və Ermənistan ərazisində xüsusi hadisələr törədildi. Yəni Azərbaycanda hərbi hissədə partlayış, ölkənin şimal bölgəsi və digər bölgələrində ard-arda süni yanğınlar törədildi. Həmin gün Ermənistanda “Nairi” kimya zavodunda partlayış törədildi ki, bir neçə gün Ermənistan həmin zavodda yanğınla məğul olmağa başladı. Yəni belə hadisələr qətiyyən təsadüf olmur. Eyni gündə Rusiya həm Azərbaycana, həm də Ermənistana bildirmək istədi ki, “bizim törətdiyimiz yanğınlları siz söndürə bilməzsiniz. Buna qalxarsınız, sizin ərazilərdə də yanğın tördilər”. Biz bu yanğınları Azərbaycanın ərazisində müşahidə etdik”.

“Bir telefon zəngi ilə Azərbaycanda bütün məsələləri həll etmək dönəmi çoxdan keçib”

“Bəzi ekspertlər düşünür ki, Rusiyanın bu cür yanğınlara ehtiyacı yoxdur, bir telefon zəngi ilə Azərbaycandan istədiyini həll edə bilər. Əslində, bu çox yanlış təfəkkür, yanaşma tərzidir. Çünki xatırlayırsınızsa, Azərbaycanın Neft Akademiyasıında kürd əsilli bir Gürcüstan vətəndaşının vasitəsi ilə terror törədildi. Azərbaycanda bir telefon zəngi ilə hər şeyi həll etmək mümkün idisə, o boyda Neft Akademiyasında bu cür terror hadisələrini törətməyə Rusiyanın nə ehtiyacı var idi? Artıq bir telefon zəngi ilə Azərbaycanda bütün məsələləri həll etmək dönəmi çoxdan keçib. Azərbaycan həqiqətən də öz ayağının üstündə dura biləcək, hərbi cəhətən qüdrətli bir ölkədir. Ona görə də bu gün bu səviyyədə təhlillər vermək peşəkarlıqdan çox uzaqdır. Əksinə, Azərbaycan və Azərbycan kimi digər ölkələrdə bu cür vasitələr təzyiq mexanizmi olaraq düşünülür. Görk olaraq göstərmək istəyir ki, “siz bu cür davranarsınızsa, biz də bu cür davranarıq”. Bu təzyiq mexanizmləri təkcə yanğınlar ilə məhdudlaşmır. Rusiyanın bu yöndə təzyiq mexanizmləri çoxdur. Separtaçı dalğasının başladılmasından tutmuş bir çox terror hadisələrinə qədər Rusiya bir çox təxribatlar törətməkdə peşəkardır. Rusiyanın xüsusi xidmət orqanları Azərbaycanda çox asanlıqla finq atır. Onu da nəzərə alın ki, Azərbaycan hakimiyyətinin ən güclü şəbəkəsi məhz Rusiyayönlü “beşinci kolon”un üzvləridir. Ona görə də bu gün Azərbaycanda  yanğın törətməkdən tutmuş bir çox hərbi təxribatları törətmək Rusiya üçün su içmək kimi asan bir məsələdir. Düşünürəm ki, Azərbaycanda ard-arda törədilən yanğın hadisələri heç də təsadüf deyil və bunun arxasında çox ciddi xüsusi xidmət orqanları durur”, - deyə politoloq bildirdi.

“Bu şəkildə törədilən hadisələr təsadüf sayıla bilərmi?”

Politoloq nəzərə çatdırdı ki, Azərbaycan Fövqalədə Hallar Nazirlyi bir yanğını sönüdürməyi qurtarmamış digər bölgələrdə yanğın hadisələri törədildi: “Bu şəkildə törədilən hadisələr təsadüf sayıla bilərmi? Qəbələdə dağlıq hissədə törədilən yanğın hadisəsi qətiyyən təsadüf dyil. Elə bölgələrdə, elə yerlərdə yanğın törədildi ki, onu söndürmək çox böyük bir problematik vəziyyətə gəlib çıxdı. Eynilə Gürcüstanda Borjomi əyalətində törədilən yanğın da xüsusi hesablanmışdı ki, məhz həmin günlər yanğın törədildi və güclü küləyin qarşısında bu yanğının qarşısını nəinki almaq mümkün olmadı, əksinə, yanğın digər əyalətlərə də çox asanlıqla sıçramağa başladı. O baxımdan, düşünürəm ki,  Azərbaycan nazirliynin rəsmisinin bu yöndə açıqlaması doğrudur. Sadəcə, birmənalı olaraq hədəfi Azərbaycan nazirliyi göstərə bilmir. Çünki bununla bağlı əldə xüsusi əsaslar olmalıdır, amma hələlik bu əsaslar yoxdur”.

“NATO-nun Gürcüstandakı hərbi təlimlərindən Ermənistanın imtinası göstərdi ki, mesaj Ermənistan tərəfindən doğru qiymətləndirilmişdir”

“Ermənistana verilən mesaj bu idi ki, “Ermənistan kömək üçün Gürcüstana gedib yanğınları söndürə bilməz”. Ondan əlavə, Ermənistanın bu cür məsələlərdə müstəqil addım atması da təbii ki, Rusiyanı qıcıqlandırır. Bu da digər mesajdır. Nəhayət, NATO tədbirlərində Ermənistanın son zamanlar iştirakı da təbii ki Rusiyanı qıcıqlandırdı.NATO-nun Gürcüstandakı hərbi təlimlərdən Ermənistanın imtinası da göstərdi ki, mesaj çox ciddi surətdə Ermənistan tərəfindən doğru  qiymətləndirilmişdir. Çünki son anda Ermənistam NATO-nun Gürcüstandakı tədbirindən imtina etdi”, - deyə politoloq əlavə etdi.

“Neft Akademiyasındakı terror hadisəsində də Azərbaycan ittiham etməklə Rusiyanı qarşısına almaq istəmədi”

Natiq Miri onu da vurğuladı ki, Azərbaycan hələlik müstəqil bir siyasət yürütdüyü üçün Rusiyanın mesajını almayıb: “Daha doğrusu, Rusiyanın təzyiq mexanizmi olaraq istifadə etdiyi bu cür hadiəslərdən qorxaraq geri çəkilməyib. Belə olmasaydı, nazirlik bu cür acıqlama verməzdi. Əslində, nazirlyin bu cür açıqlaması dolayısı ilə o deməkdir ki, Azərbaycan anlayır ki, bu təbii bir hadisə deyil, bunun arxasında konkret maraqlar dayanır. Sadəcə olaraq, birbaşa hədəfi göstərmir. Xatırlayırsınızsa, Neft Akademiyasında terror hadisəsində də birmənalı olaraq Azərbaycan bunun  arxasında kimin dayandığını bilsə də, Rusiyanı ittiham etmədi. Yəni ittiham etməklə Rusiyanı qarşısına almaq istəmədi. Bu dəfə də nazirliyin açıqlamasının arxasında dolayısı ilə bu durur”.