“Rusiyanın tərkibində Bakı quberniyası olmalıdır”: Jirinovski

Baxış sayı:
9484

Rusiyanın qalmaqallı siyasətçisi Vladimir Jirinovski növbəti sərsəm açıqlamasını verib.
Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, Jirinovski Yerevan, Tiflis və Kiyevdə baş verən münaqişələrə münasibət bildirib və qeyd edib ki, MDB ölkələrində sülhün bərqərar olmasının yalnız bir şərti var. Əgər bu dövlətlər xoşluqla Rusiya Federasiyasının tərkibinə daxil olsalar, bu ölkələrdə sülh yaranacaq.
Jirinovski qeyd edib ki, Gürcüstan, Ermənistan və Ukraynanı daxili münaqişələrdən ancaq Rusiya xilas edə bilər.
Siyasətçi qeyd edib ki, MDB ölkələri “ata evinə qayıtmalıdır”. Bu isə bu ölkələrin sülh və çiçəklənmə qarantıdır.
“Əgər bu ölkələr Rusiyanın tərkibinə girsələr, ancaq bu halda pozitiv dəyişikliklər baş verəcək”, – deyə siyasətçi bildirib.
Jirinovski əlavə edib ki, Rusiya Federasiyasının tərkibində Bakı, Tiflis, Odessa, Kiyev və Yerevan quberniyaları olmalıdır.