​Rusiyanın sualtı qayıqlardan İŞİD-ə endirdiyi zərbələrin görüntüləri yayılıb - VİDEO

Rusiyanın Müdafiə Nazirliyi "Velikiy Novqorod" və "Kolpino" sualtı qayıqlarından "Kalibr" raketləri ilə İŞİD-in mövqelərinə endirdiyi zərbələrin videogörüntülərini yayıb.
"Report" xəbər verir ki, ümumilikdə yeddi qanadlı raket atılıb. Zərbələr Suriyanın hökumət qüvvələrinin Deyr-əz-Zor əyalətində daha sürətlə irəliləməsini təmin etmək olub. Raketlər eyniadlı şəhərin cənub-şərq ətraflarında rabitə məntəqələri və silah-sursat anbarlarını məhv edib.
Qeyd olunur ki, hədəflər sualtı qayıqlardan 500–670 km məsafədə olub.