Rusiyanın raketdaşıyan gəmisi İstanbul boğazlarını keçdi

Baxış sayı:
3268

Bu gün Rusiya donanmasının şimal qərargahna məxsus olan “Marşal Uatinov” raketdaşıyan gəmisi Qara dənizdən İstanbul boğazlarını keçməklə Aralıq dənizinə keçib.

Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, 3 sahil-mühafizə və 2 dəniz polisi gəmisinin müaşyəti altında olan rus gəmisi 1 saat yarım ərzində boğazları keçib. 186 metr uzunluqlu gəminin göyərtəsində çoxlu hərbçilərin olması diqqəti cəlb edib.

Qeyd edək ki, son günlər regionda baş verən hadisələr hərbi aktivliyi də artırıb.