Rusiyanın Liviya planı üzə çıxdı - Moskva Qəddafi rejimini bərpa etmək istəyib

Baxış sayı:
1810

Rusiya gizli şəkildə Liviyanın devrilmiş lideri Muəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafiyə dəstək verərək, onu ölkə rəhbərliyinə gətirmək üçün addımlar atıb.

"Anadolu" agentliyinin məlumatına görə, iddia edilir ki, Moskva bu məqsədlə Liviyaya iki cəsus göndərib. Onlar siyasi nümayəndə adı altında Liviyada nüfuzu olan Seyfülislam Qəddafiylə görüşərək, atılacaq addımları müzakirə ediblər. Məlumata görə, Rusiya Qəddafi rejimini yenidən hakimiyyətə gətirməklə Şimali Afrikanın neft ilə zəngin ölkələrindən Liviya üzərində nüfuzunu artırmaq istəyib.

Lakin sonradan Moskvanın planı üzə çıxıb və rusiyalı cəsuslar həbs edilib. Cəsusların Tripolidəki həbsxanada saxlanıldığı iddia edilir./Publika.az